Braziliyalı futbolçu Tyaqo Silva Fransa vətəndaşlığı alıb

17 Mart 2019 12:22

PSJ klubunun braziliyalı müdafiəçisi Tyaqo Silva Fransa vətəndaşlığı alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Tyaqo Silva özünün "Twitter" hesabında yazıb. "Bu gün mən, həyat yoldaşım, uşaqlarım İsaqo və İaqo Fransa vətəndaşları olduq. Bu, bizim üçün çox xoşbəxt bir gündür", - deyə o bildirib.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2012-ci ildə İtaliyanın "Milan" klubundan Paris təmsilçisinə transfer olunub. O, cari mövsümdə 34 oyunda iştirak edib.

Milli.Az