Ümumordu iməciliyi keçirilib

17 Mart 2019 10:39

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi keçirilib.

Milli.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə,iİməcilik zamanı hərbi şəhərciklərdə, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, eləcə də yaşıllıq zolaqları salınıb.

Milli.Az