Slovakiyada prezident seçkilərinin ikinci turuna keçən namizədlərin adı məlum oldu

17 Mart 2019 10:14

Slovakiyada prezident seçkilərinin ikinci turuna keçən namizədlərin adı məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, vəkil və ictimai Zuzana Çaputova 40.3%, Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç isə 18.7% toplayaraq ikinci tura keçiblər.

Namizədlərdən heç biri 50%-dən çox səs toplamadağına görə 30 martda ikinci tur keçiriləcək.

Seçkilərin yekun nəticəsi bazar günü saat 15:00-da elan olunacaq.

Qeyd edək ki, ilkin məlumatlara əsasən, seçkilərdə 48.5% qeydiyyata alınmış seçici iştirak edib.

Milli.Az