Gəncə sakini mənzilində halsız vəziyyətdə tapıldı

17 Mart 2019 10:09

Gəncə sakini mənzilində halsız vəziyyətdə tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumatda deyilir.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az