Telegram öz işini bərpa edib

17 Mart 2019 09:19

Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər Telegram-ın işində saat 16 radələrində nasazlıqla üzləşiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, istifadəçilər ismarışların göndərilməsində (48%), əlaqədə (43%) və sistemə girişdə problemlərlə qarşılaşıblar.

"Hazırda işlər yenə qaydasındadır. Narahatlığa görə üzr istəyirik. Əgər qrup çatlarını görə bilmirsinizsə, onda sistemdəm çıxıb yenidən daxil olun", - deyə messencerin "Twitter" hesabında yazılıb.

Milli.Az