Serbiya Prezidenti xalqa müraciət edəcək

17 Mart 2019 08:59

Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün xalqa saat 15:00-da müraciət edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, çıxış şənbə günü baş verən hadisə ilə bağlıdır.

Xatırladaq ki, şənbə günü 50-ə yaxın etirazçılar televiziya binasına daxil olublar. Hadisə yerinə gələn jandarm qüvvələri icazəsiz daxil olanları binadan çıxarda bilib.

Milli.Az