Riqada legionerlərin xatirəsinə həsr olunan yürüş keçirilib

16 Mart 2019 23:44

Latviya paytaxtı Riqanın mərkəzində İkinci Dünya müharibəsi zamanı Almaniya tərəfində Sovet İttifaqına qarşı döyüşmüş latviyalı legionerlərin xatirəsinə həsr edilmiş yürüş keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtdakı İoann kilsəsindən Azadlıq heykəlinə doğru irəliləyən yürüş iştirakçıları əllərində kommunizmi və nasizmi lənətləyən şüarların yazıldığı plakatlar tutublar.

Latviya Daxili İşlər Nazirliyi yürüş zamanı hər hansı qanun pozuntusunun və ya toqquşmanın baş vermədiyini bildirib.

Milli.Az