“Qarabağ”ın “qaqa”sı Azərbaycanı tərk edərək ABŞ-a getdi

16 Mart 2019 22:27

"Qarabağ"ın futbolçusu Ansi Aqolli komandadan ayrılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 36 yaşlı futbolçu dünən "Səbail"lə görüşdə sonuncu dəfə oyun protokolunda olub.

Sol cinah müdafiəçisi olan, Ağdam komandasında "qaqa" ləqəbi ilə tanınan futbolçu bu gün səhər Azərbaycanı tərk edərək həyat yoldaşının yaşadığı ABŞ-a gedib. O, orada "Nyu York Kosmos" klubunda karyerasını davam etdirəcək.

Qeyd edək ki, Albaniya millisinin kapitanı da olmuş Ansi Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Aqolli doqquz il ərzində Ağdam klubu ilə dördqat Azərbaycan çempionu olub, dörd dəfə isə ölkə kuboku qazanıb. O, haitili Donald Qeryenin müdafiədə oynadılmasından sonra daha çox ehtiyatda qalırdı.

Milli.Az