Gürcüstanda sərnişin qatarı relsdən çıxdı

16 Mart 2019 21:14

Gürcüstanda sərnişin qatarı relsdən çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Kutaisi dəmir yolu vağzalından 150 kilometr aralıda baş verib.

Qəza baş verən ərazidə polis əməkdaşları işləyir. Sərnişinlər təxliyə olunub.

Qatar Kutaisidən Batumiyə gedirdi. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az