Azərbaycanlı Moskvada qızla rəqs üstündə adam güllələdi

16 Mart 2019 20:03

Moskvada azərbaycanlı qız üstündə Tacikistan vətəndaşını güllələyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə paytaxt kafelərindən birində baş verib. Tərəflər qızla rəqs etmək üstündə mübahisə ediblər, daha sonra hər ikisi küçəyə çıxıb. Bu zaman Azərbaycan vətəndaşı silahla tacikə arxadan atəş açıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Atəş açan şəxs isə hadisə yerini tərk edib. Hazırda polis əməkdaşları onun axtarışındadır.

Milli.Az