Əli Kərimlinin qaynı əfv olundu

16 Mart 2019 20:02

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynı Eynur Seyidov da əfv edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ləğv olunmuş "Texnikabank"ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov da əfv edilib.

Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin qaynı olan E.Seyidov dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxta sənəd hazırlamaqda ittiham edilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az