Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay

16 Mart 2019 20:39

Moskvada, Qızıl Meydanda yerləşən Lenin Mavzoleyinə duru yağ tökmək istəyən şəxs saxlanılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Bir kişi Qızıl meydana gəlib, zeytun yağını götürərək məqbərəyə tökməyə başlayıb, "Qalx, qalx!" deyə qışqırıb.

Bununla belə xuliqan mavzoleyə daxil ola bilməyib. O yağı yalnız daşlara tökə bilib.

"Hazırda mavzoleyə giriş bağlıdır. Bütün bunlar yaxınlıqda baş verib. Ona görə də məqbərə heç bir ziyan görməyib", - deyə mənbə bildirib.

Saxlanılan şəxs Moskvanın "Çin-şəhər" adlanan ərazisinə aparılıb, burada sorğu-sual edilib. O, konkret heç nəyə aydınlıq gətirə bilməyib. Bununla belə onun içki içmədiyi, ayıq olduğu da məlum olub. Polis əməkdaşı olan qadın raportda saxlanılan şəxsin "rəhbər"i diriltmək istədiyini yazıb.

KİV-in məlumatına görə, saxlanılan şəxs psixi pozuntudan əziyyət çəkir və müalicəyə ehtiyacı var. O, kiçik xuliqanlıq etməkdə ittiham olunaraq barəsində inzibati protokol tərtib edilib və 500 rubl cərimə olunub.

Milli.Az