Parisdə amansız toqquşmalar: xeyli sayda xəsarət alan var

16 Mart 2019 19:59

Parisdə "sarı jiletlər"in etiraz aksiyaları zamanı bank binası yandırılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bank binasına etirazçılar od vurublar.

Bildirilir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan ikisi polis əməkdaşıdır.

Qeyd edək ki, bu gün Fransa paytaxtında "sarı jiletlər"in sayca 18-ci aksiyası keçirilir. Aksiyada yeddi mindən çox adam iştirak edir. Fransa daxili işlər naziri Kristof Kastaner bildirib ki, aksiyaya qatılanlardan 1500 nəfər iğtişaşlara meyilli insanlardır.

Milli.Az