Ronaldu oynamayacaq

16 Mart 2019 19:49

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu İtaliya A seriyasının 28-ci turunda "Cenoa" ilə oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun adı sözügedən matç üçün heyətə daxil edilməyib. Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri 34 yaşlı oyunçuya istirahət verməyə qərar verib.

Qeyd edək ki, "Cenoa" - "Yuventus" görüşü sabah keçiriləcək.

Milli.Az