"Azərsun"un prezidentindən büdcə açıqlaması - "Qarabağ"a ödəmələr..."

16 Mart 2019 19:46

"Qarabağ problemi milli məsələ kimi qarşımızda durur. Ona görə də "Qarabağ" futbol klubunun siyasi dəyəri var".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşdə "Azersun Holding" MMC-nin İdarə Heyətinin sədri və "Qarabağ" klubunun prezidenti Abdolbari Goozal deyib.

A.Gözəl bildirib ki, "Azersun Holding"in gəlirləri azalsa da, "Qarabağ" klubuna ödəmələr azalmayacaq.

Milli.Az