PSJ Mbappeni cəzalandırdı

16 Mart 2019 19:44

PSJ futbolçusu Kilian Mbappeni cəzalandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçuya pul cəzası verilib. Buna Mbappenin komandanın iclasına gecikməsi səbəb olub. Paris klubu hücumçuya 180 min avro pul cəzası verib.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-də 33 oyuna 29 qol vurub və 15 məhsuldar ötürmə edib.

Milli.Az