Dərman qəbul edənlər, bitki çayından uzaq durun! - İflic edir...

16 Mart 2019 19:14

Bitki çaylarının faydası dünyanın hər yerində məlumdur. Xüsusi ilə xalq təbabətində geniş istifadə olunur. Lakin bitki çaylarından düzgün istifadə etməyəndə zərərləri olur.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, bəzən sağlamlığımızı qorumaq üçün dərman qəbul etdikdə eyni ərəfədə daha çox xeyir əldə etmək üçün bitki çaylarından da içirik. Ancaq unuduruq ki, bu zaman şəfa niyyəti ilə əl atdığımız üsul tam əksinə, ziyanlı olur, yəni qəbul etdiyimiz dərmanlara əks təsir edir. Xüsusi ilə soyuq aylarda insanlar tez-tez qrip və digər soyuqdəymə ilə bağlı xəstəliklərə məruz qalır. Bunun üçün bitki çaylarına üz tuturuq. Hətta bəzi hallarda dərman qəbulu zamanı su əvəzinə bitki çaylarından istifadə edirik. Aparılan araşdırmalara əsasən bitki çayları ilə eyni zamanda dərman qəbul ediriksə, dərmanın xeyrini azaldır.
 
Əgər ürək xəstəliyindən əziyyət çəkirsinizsə, bitki çayını içərkən xüsusi ilə diqqətli olmalısınız. Ödündə daş olanlar sarıkök istifadə etməməlidir. Sarıkök olduqca faydalı bitki hesab olunur. Orqanizmin immun sistemini gücləndirir. Hətta xərçəng kimi ağır xəstəlikdən qorunmaq üçün istifadə edilir. Amma xeyirləri ilə bərabər öd kisəsində problemə də yol açır. Xüsusi ilə öd daşı olan adamlara sarıkök istifadəsi təhlükəli ola bilər.

Xüsusi ilə qadınlar diyet zamanı yaşıl çaya üstünlük verirlər. Yaşıl çay K vitamini ilə zəngindir. Bu vitamin həddindən çox olduqda qanın qatılaşmasına səbəb olur. Qan duruldan dərmanlar qəbul edirisiznizsə, bu ərəfədə yaşıl çay dərmanın təsirini aşağı salır. Qanda laxtalanmaya səbəb olur. Yaşıl çay həddindən çox qəbul edilsə iflicə də səbəb olur.

Milli.Az