"Aydınçik"in səhhətində problem yaranıb: İrana aparıldı

16 Mart 2019 19:09

1970-1980-ci illərin məşhur şanson ifaçısı Aydın Vəliyevin ("Aydınçik") səhhətində problem yaranıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, tanınmış ifaçı İranın paytaxtı Tehranda xəstəxanaya yerləşdirilib. Yaxınları bildirir ki, "Aydınçik" qaraciyərində yaranmış problemdən şikayətlənir.

Aydınçik (Aydın Salman oğlu Vəliyev) 1957-ci ildə dünyaya gəlib.  1970-1980-ci illərdə şanson stilində ifa etdiyi mahnılarla Azərbaycanda, xüsusilə Bakıda məşhur olmuş müğənni, şair və bəstəkardır.

Ailəlidir, 2 oğlu var.

Milli.Az