Çində yaşayış binalarının çökməsi nəticəsində ölənlərin sayı 7-ə çatıb

16 Mart 2019 18:48

Çinin Şensi vilayətində torpaq sürüşməsi nəticəsində çökən iki yaşayış binasının dağıntıları altından 7 nəfərin cəsədi çıxarılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bədbəxt hadisə Linfen şəhərinin Caolin qəsəbəsində baş verib. Dağıntılar altında qalan 13 nəfərin axtarışları davam edir.

Axtarış işlərinə 600 nəfər cəlb olunub.

Milli.Az