“Boşanma mövzuma görə, məşhurluqdan iyrənmişdim”

16 Mart 2019 18:50

Dörd il heç yerə çıxmasam da, tamaşaçı bunu hiss etmədi. Məşhurluqdan iyrənməyə başlamışdım, səbəbi isə boşanma mövzum idi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "5-ci element" proqramında əməkdar artist Tünzalə Ağayeva deyib.

O, boşandığı dönəmdə özünə qapandığını etiraf edib:

"Həmin dönəmlərdə çox stress yaşadım. Bir tərəfdən albomum, mahnım çıxırdı, Yaltada uğur qazanırdım. Digər tərəfə bu hadisə idi. Mənim həyatımda həmişə qara və ağ xəttlər paralel gedib. Bir tərəfdən alqışlanmışam, digər tərəfdən gözümün yaşı qurumayıb. Yaxşı ki, həmin dönəmlər sosial şəbəkələr yox idi. İndi isə hamı göz yaşını pr-a döndərib. Ailə problemimin qətiyyən müğənniliklə əlaqəsi yox idi.

Bu, bir hadisə idi və Bakıda final etdi. Bir meyvənin ki, yetişməyini gözləyərsiniz, mən də o məqama gəlmişdim. Uğurlarım var idi deyə, insanlara maraqlı idim. Eqosu olan qadın kimi, çıxıb efirdə "xoşbəxtəm" deyirdim. Birdən hər şey tərsinə partlayır, özüm-özümə əks getmiş oluram. Sanki, tamaşaçıma yalan danışmış kimi idim ki, əslində, xoşbəxt deyildim. Mənə məktublar gəlirdi ki, siz niyə efirdə "xoşbəxtəm" deyirdiniz. Çünki elə tərbiyə almışam, evimin, ailəmin problemini çölə çıxarmamışam. Heç nədən peşman deyiləm. Elə müdrik yaşımdayam ki, niyə mən bunu etdim söyləyəm. Bəraət də qazandırmıram, yaşadıqlarımdan nəticə çıxarıram. Lazım olanları yaşamışam, demək ki, yaşamalı idim. Çünki bu, mənim qərarım idi".

Milli.Az