“Mehmet Akif geyim rəssamını döymüşdü” - FOTO

16 Mart 2019 18:05

Bir neçə gündür aktyor Mehmet Akif Alakurtun türk qadınlarını təhqir etməsi geniş müzakirə olunur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onu tənqid edənlər sırasında bir zamanlar "Sıla" serialında birlikdə rol aldığı aktrisa Zeynep Eronat da olub.

O, Akifin illər öncə serialdakı geyim rəssamını vurduğunu açıqlayıb.

"Mehmetin bu paylaşımları mənə yad deyil. Çünki bərabər işləyəndə də qadınlara olan fikirlərini bilirdim. Eqoludur, özünü qadınlardan üstün görür. Neçə müddətdir işləmir. Gündəmə gəlməyə çalışır. Vaxtında serialda geyim rəssamına əl qaldırmışdı. Ona görə komanda dəyişdi. Həmin dönəmlər çox populyar idi. Zamanla hər şey dəyişdi. O da bunu qəbul edə bilmir. O zaman istədi ki, mənə də nəsə desin. Payını verdim, sakitləşdi".

Qeyd edək ki, Zeynep Eronat "Sıla" serialında Mehmet Akifin qayınanası obrazını canlandırıb.

Milli.Az