"Xalq seçimi": Day.Az-ın oxucuları yaxşıların yaxşısını seçdilər - VİDEO - FOTO

18 Mart 2019 13:31

Day.Az informasiya portalı hər ay oxucuları arasında sorğular keçirir. Sayt bu mivanlla ən yaxşı otelləri, bankları, taksi xidmətlərini, qida məhsullarını, kondisioner markalarını və s. seçir.

Dünən Bakıdakı "Tavada" restoranında "Xalq seçimi 2018" layihəsinin qaliblərinin mükafatlandırma mərasimi olub. 12 finalçı şirkətə xüsusi keyfiyyət və populyarlıq nişanlarını təqdim etdik.

Mərasimdə giriş nitqi ilə Day.Az-ın direktor müavini Arzu Nağıyev çıxış edərək  Day.Az, Trend.Az, Milli.Az, AzerNews.Az və kurasiya etdiyi digər media vasitələri adından qonaqlara təşəkkürünü bildirib. Onun sözlərinə görə, həmin KİV-lərdə 128 jurnalist çalışır və 6 dildə xəbər yayan 5 KİV mərasimdəki şirkətlərlə əməkdaşlığa hazırdır.

Day.Az-ın kommersiya direktoru Elxan Mahmudov isə, öz növbəsində, qonaqlara 2012-ci ildə yaradılmış "Xalq seçimi" layihəsindən bəhs edib.

Daha sonra 2018-cilin sorğusunun qaliblərinin mükafatlandırma mərasimi olub. Qaliblərə heykəlciklər və diplomlar təqdim olunub.

Milli.Az

Video: Nurlan Ələkbərov