“İstifadə etməyə başladığım heç 6 ay deyil” - Onlayn narkotik sifariş verən şəxs - VİDEO

16 Mart 2019 12:42

Xətai rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Kürdəmir rayon sakini Namiq Cəbrayılov tutularaq istintaqa təqdim edilib. Müəyyən olunub ki, Cəbrayılov onlayn ödəmə terminalları vasitəsi ilə pul köçürərək psixotrop maddə olan metamfetamin alıb. Narkotik vasitənin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, "Baba" kimi tanınan şəxs tərəfindən təşkil edilib.

Həmin şəxs müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman preparatları və narkotik maddələr almağı təklif edib. Sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona "pay-point" vasitəsilə ödənilib. Vəsait hesaba köçürüləndən sonra narkotik vasitələr, eləcə də psixotrop maddələr əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil verilib.

Namiq Cəbrayılov - Saxlanılan şəxs: "İstifadə etməyə başladığım heç 6 ay deyil. Axırıncı dəfə, tutulmazdan iki gün əvvəl MilliÖn vasitəsi ilə pul köçürüb aldım. Tutulanda üzərimdən metamfetamin aşkarlandı. Ödəniş çekinin şəklini çəkib göndərirdik".

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: