“Sevilya” baş məşqçisini qovdu

16 Mart 2019 14:49

İspaniyanın "Sevilya" klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

43 yaşlı ispaniyalı mütəxəssisin istefasaına son dövrlərdəki uğursuz nəticələr səbəb olub. Klubun yaydığı açıqlamada komandanı mövsümün sonuna kimi Xoakin Kaparrosun çalışdıracağı da qeyd olunub.

"Sevilya" La Liqa çərçivəsində keçirdiyi son 6 oyunda cəmi 4 xal qazana bilib. Komandanın Avropa Liqasının 1/8 finalında Çexiya "Slaviya"sına məğlubiyyəti və mübarizəni dayandırması isə Maçinin istefasını labüd edib.

Milli.Az