Azərbaycanda məmur vəfat etdi

16 Mart 2019 12:04

"Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əli Qaraxanov dünyasını dəyişib. 

Milli.Az xəbər verir ki, ailə üzvlərindən qafqazinfo-ya verilən məlumata görə, o, bir neçə saat bundan əvvəl həyatını itirib. 78 yaşlı Qaraxanovun ürəktutmadan vəfat edib.  

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev Əli Qaraxanovu "Şöhrət" ordeni ilə təltif edib.

Milli.Az