Kannavaro Çin yığmasının baş məşqçisi oldu

16 Mart 2019 10:05

Futbol üzrə Çin yığma komandasına yeni baş məşqçi təyin olunub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Çin Futbol Federasiyası bu vəzifəyə italiyalı gənc mütəxəssis Fabio Kannavaronu gətirib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Kannavaro Çinin "Quançjou Everqrand" klubunun baş məşqçisi idi. O, bu ölkənin milli komandası ilə yanaşı, sözügedən klubu da çalışdırmağa davam edəcək.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis Çin yığmasında həmyerlisi Marsello Lippini əvəz edib.

Milli.Az