Bakıda binada yanğın: qadınla kişinin meyiti tapıldı - YENİLƏNİB

16 Mart 2019 09:51

09:51

Bakıda yanğın nəticəsində iki nəfərin meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, martın 16-sı gecə saat 3 radələrində Nizami rayonu, M.S.Ordubadi küçəsində yerləşən evdə yanğın nəticəsində qatı tüstüləmə baş verib. Mənzildən 1 kişi və 1 qadının meyiti tapılıb.

Qadının adının Raisa olduğu bəlli olsa da, kişinin şəxsiyyəti, hələ ki, müəyyən olunmayıb.

Rayon prokurorluq və polis orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, meyitlərin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar olunmayıb.

Meyitlərin ətraflı xarici və daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Nizami rayon prokurorluğunda araşdırma aparılır. 

----------
09:32

Bakıda binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az