Azərbaycan İrandan 44 müxtəlif kənd təsərrüfatı texnikaları alıb

16 Mart 2019 09:43

Ötən il "Aqrolizinq" ASC tərəfindən İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar var:

"Bu sahədə əməkdaşlığımızı daha da dərinləşdirmək məqsədilə qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı sahəsində İran texnologiyalarının tətbiqini, aqrar tədqiqat və ticarət sahəsində hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını, eləcə də "Qida təhlükəsizliyi üzrə əməkdaşlıq haqqında saziş"in imzalanmasını təklif edirik".

Milli.Az