Ramil Şeydayev doğum günündə qol vurdu, komandası səfərdə qalib gəldi - VİDEO

16 Mart 2019 10:10

Rusiya Premyer Liqasında 20-ci tura start verilib.

Milli.Az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" səfərdə "Anji"nin qonağı olub. Oyunda Samara klubu meydan sahiblərinə 2:0 hesabı ilə qalib gəlib.

Ramil Şeydayev oyunun 64-cü dəqiqəsində meydana daxil olub. 23 yaşını bu gün qeyd edən futbolçu 88-ci dəqiqədə penaltidən Mahaçqala təmsilçisinin qapısına yol tapıb. Bu, Şeydayevin ardıcıl 3-cü oyunda 3-cü qolu olub.

Qeyd edək ki, "Krılya Sovetov" Premyer Liqanın turnir cədvəlinə 24 xalla 16 komanda arasında 10-cu yerdədir. Komandanın bir oyunu ehtiyatdadır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ramil Şeydayev doğum günündə qol vurdu, komandası qalib gəldi