"Fənərbaxça"dan qələbə - VİDEO - FOTO

16 Mart 2019 08:43

Türkiyə Superliqasında 26-cı tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Fənərbaxça" doğma meydanda "Sivasspor"la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

"Fənərbaxça" - "Sivasspor" - 2:1
Qollar
: Hurmacı, 73 (0:1), Soldado, 74 (1:1), Ekici, 86 (2:1)

Bu qələbə ilə xalını 31-ə yüksəldən İstanbul klubu turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Turnir cədvəlinə 57 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 49 xalla 2-ci, "Beşiktaş" 44 xalla 3-cüdür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: