Rus model qürub çağı çılpaq FOTOsu ilə

15 Mart 2019 20:54

Tez-tez açıq-saçıq fotoları ilə gündəmə gələn məşhur rus tennisçi Yevgeni Kafelnikovun model qızı Alesya Kafelnikova Balidə yeni fotosessiya etdirib.

Milli.Az Teleqraf.com-a xəbər verir ki, Alesya Kafelnikova günəşin qürubu fonunda dizlərini qucaqlayaraq poza alıb.

Model fotosunu sosial şəbəkələrdə "Təbii gözəllik" qeydi ilə paylaşıb.

O, fotoqraf Van Vorobeinin obyektivi qarşısına lələklərdən düzəldilmiş ekzotik çələnglə də çıxıb.

İzləyiciləri modelin hind üslubundakı fotosessiyasını bəyəndiklərini yazıblar.

Milli.Az