İdman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində “AGF Trophy” mükafatları təqdim edilib - FOTO

15 Mart 2019 17:49

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi "AGF Trophy" mükafatı təqdim edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mükafatla yarışlar zamanı ən yüksak xal toplamış Ceyd Keri (ABŞ) və Konstantin Kuzovkov (Gürcüstan) təltif edilib.

Mükafatları AGF-in baş katibi Nurlana Məmmədzadə təqdim edib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az