Azərbaycanda seçicilərin sayı məlum olub

15 Mart 2019 19:09

Azərbaycanda seçicilərin sayı məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.

M.Pənahovun sözlərinə görə, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir.

MSK sədri vurğulayıb ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Milli.Az