Azərbaycan əhalisinin sayı 9 milyon 988 min 437 nəfərə çatıb

15 Mart 2019 18:29

2019-cu il fevral ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9988437 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ilin əvvəlindən əhalinin sayı 6980 nəfər və ya 0,1 faiz artıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1003 qadın düşür.

Milli.Az