ÇL-də həftənin ən yaxşı oyunçusu açıqlandı

15 Mart 2019 19:24

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ən yaxşı seçilib.

Portuqaliyalı oyunçu səsvermədə  Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul") və Leroy Saneni ("Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, Ronaldu 1/8 finalın "Atletiko" ilə cavab görüşündə (3:0) het-trikə imza atıb.

Milli.Az