"Soyuz MS-12" Beynəlxalq Kosmik Stansiyaya birləşib

15 Mart 2019 21:45

Martın 14-də Baykonur kosmodromundan kosmosa buraxılan "Soyuz MS-12" gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, birləşmə anı Rusiyanın "Roskomos" agentliyinin saytında canlı yayımlanıb. Kosmik gəminin göyərtəsində olan kosmonavtlar - rusiyalı Aleksey Ovçinin, amerikalılar Nik Heyq və Kristina Kuku Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar rusiyalı Oleq Kononenko, ABŞ və Kanada nümayəndələri Enn Makkleyn və David Sen-Jak qarşılayıblar.

Bildirilir ki, "Soyuz MS-12" Yerin ətrafında dörd dairə vurduqdan sonra (standartlar 34 dairədir) qısa uçuşunu başa çatdırıb. Ovçinin və Heyqin ötən il oktyabrın 11-də Beynəlxalq Kosmik Stansiyaya uçmaq cəhdi uğursuzluqla nəticələnmişdi.

Plana görə, rusiyalı kosmonavtlar Ovçinin və Kononenko martın 29-da, NASA astronavtları isə üç dəfə - martın 22-də, 29-da və aprelin 8-də açıq kosmosa çıxacaqlar. Ən maraqlısı budur ki, tarixdə ilk dəfə olaraq iki qadın Enn Makkleyn və Kristina Kuk birlikdə açıq kosmosda olacaqlar. Onlar kosmik stansiyanın günəş batareyalarını dəyişəcəklər.

Milli.Az