Məşhur müğənni açılqadı: Bəli, hamiləyəm

15 Mart 2019 17:54

İngilis mediası məşhur müğənni Ledi qaqanın rejissor Bred Kuperdən hamilə qalması haqda xəbər yayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, xəbərlər ifaçı spirtli içkilərdən imtina etdiyini dedikdən sonra yayılmağa başlayıb. 

Ərə getməyə hazırlaşdığı nişanlısı kristian Karino ilə ayrıldıqdan sonra "Oskar" mükafatlandırma gecəsinin "after-party"sinə qatılan müğənni oradakı davranışları ilə dedi-qoduları daha da gücləndirib. 

Əvvəl bu haqda sualları cavablandırmayan Ledi Twitter-də "Deyirlər hamiləyəm. Bəli, hamiləyəm" sözlərini deyib.

Milli.Az