Türkiyənin Bursa vilayətində sərnişin avtobusu aşıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 35 nəfər xəsarət alıb.
Məlumata görə, idarəetməni itirən sürücü avtobusu dərəyə aşırıb.
Yaralıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Milli.Az