Yeni Zelandiya məscidlərinə hücumlarda erməni izi - FOTO

15 Mart 2019 15:32

Yeni Zelandiyada məscidlərdə ibadət edən müsəlmanları kütləvi şəkildə qətlə yetirmiş terrorçuların silahlarında erməni dilində yazı olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, terrorçulardan biri - 28 yaşlı Brenton Tarrant törətdiyi qətliamı 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımlayıb. Videoda silah və sursatlar üzərində müxtəlif dillərdə, o cümlədən, erməni, ispan, ingilis, serb və polşa dillərində yazılar görmək olur.

Yazılarda real insanların adları, anti-türk eyhamı olan tarixi hadisələrin təqvimi göstərilib.  Xüsusilə bir avtomatın üzərində olan "Սարիղամիշի Ճակատամարտ" - "Sarıqamış döyüşü" yazısı diqqət çəkir.

Bu, Birinci Dünya Müharibəsi dövründə Türkiyə və Rusiya qoşunları arasında baş vermiş qanlı döyüşdür. Həmin döyüşdə Rusiya qoşunlarında erməni hərbçilər də yer alıb.

Milli.Az