Bakı-Quba yolunda ağır qəza - 2 nəfər öldü, 3 yaralı var - FOTO

15 Mart 2019 15:27

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsində qeydə alınıb.

"Hyundai" markalı maşınla "KamAZ"ın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

***

Ölənlərdən birinin kimliyi məlum olub. O, 1995-ci il təvəllüdlü Zabit Cəfərovdur.

Milli.Az