Əli Hüseynli: "Milli qəhrəmanlar evlə təmin olunmalıdır"

15 Mart 2019 14:03

Milli qəhrəmanlar evlə təmin olunmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, belə bir təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çııxş edib.

Komitə sədri bildirib ki, bu gün ölkədə Milli Qəhrəmanların İctimai Birliyi fəaliyyət göstərir və onlar ölkə başçısına milli qəhrəmanlarla bağlı ayrıca qanunun hazırlanması təklifi ilə müraciət ediblər:

"Hökumət bunu nəzərə almalıdır. Digər bir məsələ də ondan ibarətdir ki, bu gün Azərbaycanda sağ olan və yaşayan çox az sayda Milli qəhrəman var ki, onlar evlə təmin olunmayıb. Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nəzərə alıb. Yaxın gələcəkdə onlar evlə təmin edilsə, yaxşı olardı".

Milli.Az