"Qol vursan, arxamı dişləyə biləcəksən" - Ronaldunun modellə intim mesajları yayıldı - FOTO

15 Mart 2019 15:14

Venesuelalı model Aleksandra Mendez (Alexandra Mendez) ilə "Yuventus"un ulduzu Kriştianu Ronaldunun mesajları üzə çıxıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, model mesajları bilmədən efirdə göstərib.

Peruvian TV-də yayımlanan "Magaly TV La Firme" şou proqrama qatılan Aleksandra 3 il əvvəl Ronaldu ilə yazışdığını iddia edib.

Aleksandrın iddiasına görə, o, Ronalduyla onun arxasını dişləmək şərtiylə mərc edib.

Aleksanda Magalay Medina adlı aparıcı ilə intervyu əsnasında Instagram-dakı mesajları göstərib. Bu zaman ikilinin yazışdığı mesajlar üzə çıxıb.

Mesajlar arasında Ronaldunun ondan nömrəsini istədiyi sms-lər də olub.

Modelin iddiasına görə, o, Ronalduya şərt qoyub ki, "Real Madrid"in oyununda qol vursa, ona arxasını dişləməyə icazə verəcək.

Aleksandra bildirib ki, həmin vaxtlarda Ronaldunun sevgilisi olmayıb.

Emin
Milli.Az