Ronaldunun qol sevincini təkrarladı, qırmızı vərəqə gördü - VİDEO

15 Mart 2019 14:51

Xorvatiya futbolunda maraqlı hadisə baş verib.

Milli.Az xəbər verir ki, "Hayduk"un U-19 komandasının üzvü Blaz Laus qol vurduqdan sonra Kriştianu Ronaldunun qol sevincini təkrarlayıb. Lakin bu, ona baha başa gəlib. Belə ki, qarşılaşmanın hakimi gənc futbolçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, "Yuventus"un hücumçusu Kriştianu Ronaldu "Atletiko" ilə cavab oyununda (3:0) vurduğu 2-ci qolu bu cür qeyd etmişdi.

Elçin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ronaldunun qol sevincini təkrarladı, qırmızı vərəqə gördü