Qaraciyəri artıq yağlardan təmizləyən super içkilər - Özün hazırla

15 Mart 2019 23:56

Qaraciyərin yağlanması indi gəncləşən xəstəliklərdəndir, bu problem getdikcə qaraciyərin normal fəaliyyətinin pozulmasına səbəb olacaq. Qaraciyərin qeydinə gənclik illərindən qalmaq lazımdır. 

Milli.Az medicina.az-a istinadən qaraciyəri detoks edən, artıq piy və yağlardan təmizləyən 3 effektiv içki reseptini təqdim edir:

1. 1 ədəd limon, 1 bolqar bibəri, 1 yaşıl alma, 1 təzə xiyar - şirəsi çəkilir, dərhal da içilir. Əgər gündə 1 stəkan bu şirədən 12 gün içsəniz orqanizm və qaraciyər toksinlərdən təmizlənəcək. 

2.Limonun yarısının şirəsi, 1 banan, yarım stəkan təzə yaşıl çay - qarışdırılır, içilir. 

3.Yarım fincan su, çay qaşığının ucunda sarıkök, çay qaşığı ucunda zəncəfil, bir limonun şirəsi - blenderdən keçirilir. Həm qaraciyəri, həm bağırsaqları təmizləyəcək. 

Bu içkiləri səhər və günorta için ki, içdikdən sonra hərəkətdə olasız. Həmin gün yağlı yeməklər yeməyin, bol təmiz su için.

Milli.Az