"Azerbaijan Golden Kids Awards 2019" mükafatlandırma mərasimi baş tutacaq - VİDEO

15 Mart 2019 14:15

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Azerbaijan Golden Kids Awards 2019" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutacaq.

Milli.Az xəbər verir ki, ötən il Azərbaycan Könüllər İctimai Birliyi tərəfindən ilk dəfə olaraq reallaşan böyük "Azerbaijan Golden Kids Awards" bu il yenidən baş tutacaq. Layihədə 5 yaşdan 16 yaşadək uşaqlar iştirak edə bilərlər. Bu günədək müxtəlif kreativ uşaq layihələrini reallaşdıran təşkilatçılar aşağıdakı nominasiyalar üzrə uşaq elanı ediblər.

Ən yaxşı rəssam
Ən yaxşı vokal ifaçı
Ən yaxşı pop ifaçı
Ən yaxşı pop qrup
Ən yaxşı model
Ən yaxşı pianoçu
Ən yaxşı skripka ifaçısı
Ən yaxşı uşaq xoru
Ən yaxşı rəqqas
Ən yaxşı rəqs ansamblı
Ən yaxşı aktyor
Ən yaxşı aparıcı
Ən yaxşı şahmatçı
Ən yaxşı idmançı

Layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət departamentinin rəhbəri Ülviyyə Bəbirli qeyd edib ki, nominantların tanıtım posterləri sosial şəbəkələrdə və mediada aprel və may ayları ərzində yayılacaq.

Layihədə yalnız müsabiqə lauteatları iştirak edə biləcəklər. Məqsəd isə istedadlı və bayrağımızı uca tutan fəxrlərimizə təşəkkür əlaməti olaraq onlara "Golden Kids Awards" kubokunu təqdim etməkdir. 
Layihədə iştirak etmək istəyən uşaqların video materialları və tərcümeyi hallarını [email protected] email adresinə göndərmək lazımdır.

"Golden Kids Awards 2018" layihəsindən video materialı məqaləyə əlavə edirik.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: