Tanınmış müğəninin bloqer bacısının cəsədi tapıldı - FOTO

15 Mart 2019 13:38

Tanınmış müğənninin bloqer bacısının cəsədi tapılıb.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, Felicite Tomlinson adlı bloqer ürəktutmasından vəfat edib.

O, "One direction" qrupunun solisti Louis Tomlinsonun bacısıdır.

Instagram-da 1.3 milyon izləyicisi olan Felicite Tomlinson 18 yaşında, Londondakı evində dünyasını dəyişib.

Qeyd edək ki, onun anası 2016-cı ildə leykemiya xəstəliyindən vəfat edib.

Fuad
Milli.Az