Komitə sədri: "Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi mümkün ola bilər"

15 Mart 2019 12:18

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komitə sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürür:

"Gələcək mərhələdə isə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. İndiki zamanda isə həmin ailələrlə bağlı rayon icra hakimiyyəti qərar verməlidir".

Milli.Az