"Eurovision" təmsilçimizdən fərqli tərzdə “Dəşti təsnifi” - VİDEO

15 Mart 2019 13:15

"Eurovision 2017" təmsilçimiz Diana Hacıyeva yeni mahnısını təqdim edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu dəfə musiqisi və sözləri Əlibaba Məmmədova aid "Dəşti təsnifi"ni fərqli tərzdə səsləndirib.

"Bu, xalqımın, demək olar ki, milli musiqisidir və çox gözəldir. Psixoloji səviyyədə belə dərin səsə görə sağ olun. Axır ki, bunu etdim. Mahnı hazırdır. Amma düzü, heç bilmirəm bunu etmək niyə bu qədər çətin oldu", - Dihaj rəsmi səhifəsində mahnı barədə fikirlərini ifadə edib.

Qeyd edək ki, bundan öncə sözügedən mahnını Əlibaba Məmmədov, Rübabə Muradova, Faiq Ağayev, Məmmədbağır Bağırzadə, Eyyub Yaqubov, Ahmet Kaya kimi sənətçilər ifa ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dihaj - Dəşti Təsnifi (Audio)