Ansi "Qarabağ"da vida oyununa çıxır

15 Mart 2019 12:43

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bu gün komandasında vida oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqanın 21-ci turunun "Səbail"lə görüşü albaniyalı futbolçunun Ağdam klubunda sonuncu matçı olacaq. Qarşılaşma saat 16:45-də başlayacaq.

Sabah isə 36 yaşlı oyunçu ölkəmizi tərk edəcək. Aqolli səhər saatlarında Bakıdan birbaşa Nyu-Yorka uçacaq.

Qeyd edək ki, 2011-ci ildən "Qarabağ"da çıxış edən Ansi bundan sonra ABŞ-da "Nyu-York Kosmos" komandasında oynayacaq. O, karyerasını başa vurduqdan sonra isə bu klubun uşaq futbol akedemiyasında çalışacaq.

Milli.Az