Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - Araşdırma başladı

15 Mart 2019 11:32

Ötən gün "OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.

Həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb. 

Milli.Az xəbər verir ki, AQTA-dan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:

"Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".

Milli.Az